İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Kaliforniya ştatının Dinuba şəhərindəki Dikki parkında atışma olub.

AZƏRTAC xəbər verir ki, atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları parkda üç orta məktəb şagirdini çoxsaylı güllə yaraları ilə aşkar ediblər.

Təcili-tibbi yardım gələnədək onlardan biri ölüb, digərləri isə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Atışmanın dəqiq olaraq hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Hadisə yerində araşdırmalar davam edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR