İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Çinlə bağlı sanksiyalara hazırlaşır

ABŞ senatoru Marko Rubio Çinin Rusiyadan neft və digər enerji məhsulları almasına qarşı Birləşmiş Ştatlar hökumətinin hərəkətə keçməsini istədiyini bildirib.

Musavat.com xəbər verir ki, Marko Rubio çərşənbə axşamı respublikaçı senatorlar Rik Skott (Florida ştatını təmsil edir) və Kevin Kramer (Şimali Dakota) ilə birlikdə “Rusiyadan Çinə neft və ya təbii qaz daşıyan tankerləri sığortalayan və ya qeydiyyatdan keçirən hər hansı bir quruma cəza tətbiq olunması” haqqında qanun layihəsini təqdim edib.

“Dünyanın ən böyük enerji istehlakçısı avropalı alıcıların belə almaqdan çəkindiyi rus neftini ucuz qiymətlə idxal edir. Bunun nəticəsində Çinə Rusiyadan neft idxalı hədsiz artıb. Rusiyadan Çinə neft tədarükünün kəsilməsi Pekinin Yaxın Şərq və Afrikadan gələn enerji qaynaqları uğrunda Hindistan kimi digər böyük alıcılarla daha sərt rəqabət aparması ilə nəticələnə bilər ki, bu da qiymətlərin yüksəlməsinə gətirib çıxaracaq”, - deyə M.Rubio qeyd edib.

Təklifin demokratların çoxluq təşkil etdiyi Senatda keçmək ehtimalı olduqca yüksəkdir. Lakin bu, Rusiyanın enerji satışından əldə etdiyi gəlirləri məhdudlaşdırmaqla neft tədarükünü saxlamağa çalışan Bayden administrasiyasının siyasətinə ziddir.

Xatırladaq ki, bundan öncə ABŞ maliyyə naziri Canet Yellen avropalı alıcıların Rusiya neftini bazar qiymətlərindən aşağı həddə əldə etmələrinin daha uyğun olacağını bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR