İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ BMT Təhlükəsizlik Şurasının daha altı ölkə ilə genişləndirilməsini təklif edəcək

ABŞ prezident administrasiyası BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsini təklif edəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Baydenin planlarına görə, altıya qədər ölkə Təhlükəsizlik Şurasının daimi üzvü statusunu ala bilər, lakin veto hüququ olmayacaq. Bu tədbir dünyanın ən böyük təşkilatında qlobal təmsilçiliyi genişləndirmək məqsədi daşıyır.

Qəzetin yazdığına görə, ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild bu ilin payızında Nyu-Yorkda dünya liderlərinin illik sammiti ərəfəsində Təhlükəsizlik Şurasının genişləndirilməsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən olan diplomatlarla fəal danışıqlar aparır.

Gələn informasiyalara əsasən, bu təklif prezident Co Bayden və onun administrasiyasının BMT-də inkişaf etməkdə olan dünya ölkələrinə daha çox səlahiyyətlər vermək və hazırda Təhlükəsizlik Şurasından narazılığı azaltmaq niyyətlərini əks etdirir. Qeyd etmək lazımdır ki, adı çəkilən qrupa daxil olan ölkələr BMT-ni qlobal problemlər və hər şeydən əvvəl Ukraynadakı müharibənin qarşısını alınmasında aciz qalmaqda ittiham edir.

BMT ilə iş üzrə Beynəlxalq Böhran Qrupunun direktoru Riçard Qoven artıq dünyanın yeganə universal təşkilatının öz səlahiyyətlərini tükəndiyini bəyan edib. “BMT nə qədər geciksə, dünya bir o qədər parçalanmış və münaqişəli olacaq”,-deyə o, qeyd edib.

BMT-nin baş katibi Antonio Quterreşin özü də, həmçinin dünyanın bir çox ölkələrinin nümayəndələri Təhlükəsizlik Şurasında islahatların aparılmasını tələb edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR