İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Baltikyanı ölkələrə təhlükəsizlik sahəsində yardımı artıracaq

ABŞ 2023-cü ildə Baltikyanı ölkələrə təhlükəsizlik sahəsində yardım üçün 225 milyon dollar ayıracaq.

“Report” xəbər verir ki, bu, Konqresin dərc etdiyi “Dövlət maliyyələşdirilməsi haqqında” Qanun layihəsində qeyd edilib.

Bununla ABŞ-ın Baltikyanı ölkələrə təhlükəsizlik sahəsində ayırdığı yardım 2022-ci illə müqayisədə 45 milyon dollar və ya 20 % çoxdur.

Bildirilib ki, bu qərar ABŞ-ın Baltikyanı ölkələrə uzunmüddətli və güclü dəstək göstərməsinə əsas nümunədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR