İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ administrasiyası Ukraynaya daha 800 milyon dollar ayırdı

ABŞ prezidenti Co Bayden rəhbərlik etdiyi administrasiyanın tezliklə Ukraynaya təhlükəsizliyin təmini üçün 800 milyon dollarlıq hərbi yardım edəcəyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən məlumat yayılıb.

Prezidentin sözlərinə görə, yeni yardım paketinə qabaqcıl hava hücumundan müdafiə sistemləri, artilleriya əleyhinə radarlar və HIMARS yüksək mobil artilleriya raket sistemləri üçün əlavə döyüş sursatları daxildir.

Co Bayden paket barədə yaxın günlərdə administrasiya tərəfindən təfərrüatlı şəkildə açıqlama veriləcəyini bildirib.

Qeyd edək ki, son kömək hələ keçən ay ABŞ Konqresi tərəfindən qəbul edilən və Co Bayden tərəfindən imzalanan 40 milyard dollarlıq “təhlükəsizlik və iqtisadi yardım paketi”nin bir hissəsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR