İnsanlara hürriyət, millətlərə istiqlal!

Abenin qatili əvvəlcə başqa bir şəxsi öldürməyi planlaşdırıbmış

Yaponiyanın keçmiş baş naziri Şinzo Abeni güllələyən şəxs əvvəlcə dini qruplardan birinin liderini öldürməyi planlaşdırıbmış.

Bu barədə “Kyodo” agentliyi istintaqla tanış olan mənbələrə istinadən məlumat yayıb.

Eyni zamanda istintaqın maraqları baxımından qrupun adı və rəhbərinin adı açıqlanmır.

Qeyd edək ki, Ş.Abe iyulun 8-i sui-qəsd nəticəsində ölüb. Hadisə yerli vaxtla saat 11:30-da Nara şəhərində seçki kampaniyası çərçivəsində Abenin küçədə çıxışı zamanı baş verib. Hücum edən şəxs ona iki dəfə atəş açıb, nəticədə siyasətçi boynundan və sinəsindən yaralanıb. 67 yaşlı Abe xəstəxanada dünyasını dəyişib.

Atəş açan şəxsin keçmiş hərbçi - 41 yaşlı Tetsuya Yamaqami olduğu üzə çıxıb. O, hadisədən dərhal sonra saxlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR