Onlayn ictimai-siyasi qəzet
Bakı Təşəbbüs Qrupu (BTQ) müasir dünyada müstəmləkəçiliklə bağlı problemlərin müzakirəsi və həlli üçün platforma təqdim etməyə həmişə hazırdır.
“Report” xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov "Kolonializm: milli-dini kimliyin silinməsi" adlı beynəlxalq konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, təşkilat beynəlxalq platformalarda siyasi məhbuslara və müstəmləkə rejimlərinə qarşı mübarizə aparanlara dəstək verməyə davam edəcək.
"Bu gün mən Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan ən fəal vətəndaşlardan biri olan Kristian Teynin şəkli olan geyim geyinirəm. Bir neçə ay əvvəl o, siyasi partiyanın rəhbəri seçilib, lakin tezliklə Fransa hakimiyyəti tərəfindən həbs edilib və heç bir qanuni əsas olmadan Fransaya deportasiya edilib. Bu, 2024-cü ilin sonlarında keçirilən bir sıra dinc etiraz aksiyalarından sonra baş verib", - A.Abbasov bildirib.
Onun sözlərinə görə, BTQ müxtəlif beynəlxalq platformalarda və insan hüquqları təşkilatlarında onun müdafiəsi ilə bağlı bəyanatlar verərək, onun işinə diqqət çəkməyə davam edir.
A.Abbasov həmçinin bildirib ki, Bakı Təşəbbüs Qrupu siyasi məhbusların ailələrinə hərtərəfli dəstək göstərir. "Bu istiqamətdə işimiz davam edəcək".
01 Aprel 2025
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ