İnsanlara hürriyət, millətlərə istiqlal!

AB Ukraynanı silahlandırmaq üçün verilən pullardan necə istifadə edəcəyinə qərar verib

Avropa Birliyi Şurası Ukraynaya əlavə 500 milyon avro hərbi yardım göstərilməsi ilə bağlı siyasi qərarı rəsmiləşdirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Şuranın rəsmi məlumatında bildirilir.

Ukrayna hökumətinin ifadə etdiyi cari prioritetlərə və indiyə qədər göstərilən dəstəyə uyğun olaraq, yardım tədbirləri hərbi texnika üçün 490 milyon avrodan, fərdi qoruyucu vasitələri, avadanlıq və istehlak materiallarının alınması üçün 10 milyon avrodan ibarətdir.

500 milyon avro dəyərində 5-ci tranş sayəsində AB-nin Ukraynaya Avropa Sülh Dəstəyi Fondu çərçivəsində yardımı ümumilikdə 2,5 milyard avro təşkil edəcək.

"Aİ Ukraynaya azadlıq və müstəqillik uğrunda mübarizədə dəstəyini diqqət mərkəzində saxlayır və bu siyasət dəyişməz olaraq qalır. Ukraynanın daha çox silaha ehtiyacı var, biz onları təmin edəcəyik”, - deyə AB-nin ali nümayəndəsi Josep Borrell bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR