İnsanlara hürriyət, millətlərə istiqlal!

AB-nin Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin DETALLARI  

 

Avropa İttifaqı Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini qəbul edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, yeni paketə əsasən Ümumrusiya Regional İnkişaf Bankı ilə əməliyyatlara tam qadağa qoyulur və daha iki Rusiya bankının aktivləri dondurulur.

Bundan başqa, Avropa İttifaqı ərazisində NTV, NTV Mir, Rusiya 1, REN TV və Birinci Kanalın yayımı dayandırılır.

Yeni məhdudiyyətlərə əsasən, AB-də qeydiyyatdan keçmiş şirkətlərə Rusiyada reklam, bazar araşdırması, rəy sorğusu və məhsul testi xidmətləri göstərmək qadağan edilir.

Avropa İttifaqının vətəndaşlarına, Rusiyanın nəzarətində olan hüquqi şəxslərin və təşkilatların rəhbər orqanlarında vəzifə tutmaq yasaqlanır.

Digər məsələlərlə yanaşı, Brüssel Rusiyaya aviasiya ilə bağlı əmtəə və texnologiyaların, o cümlədən pilotsuz təyyarələrin ixracına qoyulan qadağaları genişləndirir.

Rusiyanın energetika və mədənçıxarma sektorlarına yeni investisiyaların qoyulması qeyri-mümkün hesab edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR