İnsanlara hürriyət, millətlərə istiqlal!

AB Müdafiə Agentliyi: “ABŞ Avropanı həmişə qoruya bilməz, silah istehsalını artırmalıyıq”  

“Avropa İttifaqı ölkələri Ukraynanı dəstəkləmək və yenidən təchiz etmək üçün birgə silah almalıdırlar”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyinin icraçı direktoru İrji Sedivi bəyan edib. AB rəsmisinin sözlərinə görə, Ukraynadakı müharibə Birliyin imkanlarının çatışmazlığını nümayiş etdirib.

Onun bildirdiyinə əsasən, Agentlik istehsalı artırmaq üçün Avropanın silah firmaları ilə danışıqlar aparır. "İşi əhəmiyyətli edən tərəf ondan ibarətdir ki, biz Avropa İttifaqı olaraq vətəndaşlarımızı qorumaq üçün etibarlı silah tədarükçüsü ola bilərik",- deyə o bildirib. İrji Sedivinin fikrincə, ABŞ doğru olaraq bir çox ölkələri öz müdafiə xərclərini artırmağa çağırır.

“Çünki Birləşmiş Ştatlar yaxın gələcəkdə Asiya-Sakit Okean regionuna daha çox başı qarışacaq və buna görə də kəşfiyyat təyyarələri, dəqiq idarə olunan raketlər və hava hücumundan müdafiə vasitələri kimi ən mühüm aktivlərdən bəzilərini Avropaya təmin edə bilməyəcək”,-deyə o söyləyib.

Avropanın müdafiə xərcləri 2021-ci ildə ilk dəfə olaraq 200 milyard avronu keçib ki, bu da əvvəlki ilə nisbətən 6% artması deməkdir.

Avropa Parlamentinin 2020-ci il hesabatına görə, ABŞ-ın köməyi olmadan AB özünü müdafiə etmək imkanı azdır. Çünki qitə dövlətlərinin bir çoxunda kəşfiyyat avadanlıqları, kəşfiyyat təyyarələri,  orta mənzilli raketdən müdafiə vasitələri, həmçinin amfibiya hücum gəmiləri və sualtı qayıqlar yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR