Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, “Rəqəmsal yaradıcı həftəsonu” (Digital Creative Weekend) layihəsi çərçivəsində iyunun 2-də Mədəniyyət Nazirliyinin dəstəyi, ICESCO və “New Space Open Innovation”un əməkdaşlığı ilə Bakı Kristal Zalında (“Baku Crystal Hall”) “A-Hub Akselerasiya Proqramı”nın 2023-cü il üzrə dünya finalı təşkil edilmişdi.
Musavat.com xəbər verir ki, iyunun 3-də Şuşa Hotel-Konqres Mərkəzində proqramın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Dünya finalında 11 ölkədən (Azərbaycan, Cibuti, Tunis, Tacikistan, Türkiyə, Liviya, Seneqal, Somali, Misir, Mali, Sudan) 30-dan çox innovativ komanda iştirak edib. Bu innovatorlar öz ideyalarını nümayiş etdirərək 30 min ABŞ dolları pul mükafatı uğrunda yarışıblar.
Yekun nəticələrə əsasən, "Snack Pack" (Azərbaycan) komandası I, "ReSkill"(Tacikistan) komandası II, "Biopols" (Türkiyə) komandası III, "Caredify" (Tunis) komandası isə IV yeri qazanıb. Qaliblər müvafiq olaraq 10, 8, 6, 6 min ABŞ dolları pul mükafatına layiq görülüblər.
Sonda ailə fotosu çəkdirilib.
Xatırladaq ki, "A-Hub Akselerator"u, ICESCO və "New Space Open Innovation"un əməkdaşlığı ilə həyata keçirilən, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış bir təşəbbüsdür. Akselerator proqramı yaradıcı və texnoloji startapları dəstəkləyərək, onların ideyalarını reallaşdırmaq üçün lazım olan resursları və mentorluğu təmin edir. 2021-ci ildə pilot layihə kimi başlayan proqram hazırda 20 ölkədə fəaliyyət göstərir və daha da genişlənməkdədir.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ