İnsanlara hürriyət, millətlərə istiqlal!

92 yaşlı amerikalı milyarder nişanını qaytardı

"Fox" korporasiyasının sədri Rupert Merdok 66 yaşlı Ann Leslie Smit ilə nişanını pozub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 92 yaşlı media maqnatı iki həftə əvvəl keçmiş radio aparıcısı ilə nişanlandığını elan etmişdi. Merdokun dördüncü arvadı, model və aktrisa Cerri Holldan boşanmasını yekunlaşdırdıqdan bir müddət sonra bu yay evlənməyi planlaşdırdığı bildirilir.

"Biz ikimiz də həyatımızın ikinci yarısını birlikdə keçirməyi səbirsizliklə gözləyirik", - Merdok demişdi.

Merdoka yaxın mənbələrdən biri deyib ki, o, Smitin açıq-aşkar yevangelist fikirlərini bəyənmir. Merdokun sözçüsü şərh verməkdən imtina edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR