İnsanlara hürriyət, millətlərə istiqlal!

91:1 və 95:0-la bağlı araşdırma başladıldı

Sierra Leone Futbol Federasiyası ölkənin yüksək liqasının seçmə mərhələsinin son turunda "Qalf"un "Livan Kokima"ya 91:1 hesabı ilə qalib gəldiyi və "Reyncers"in "Kokima Biq"i 95:0 hesabı ilə məğlub etdiyi matçlar barədə araşdırma başladıb.

Qol.az xəbər verir ki, bu barədə "BBC Sport" məlumat yayıb. Sözügedən qələbələr Sierra Leone (üləcə də dünya) futbol tarixindəki ən böyük nəticələrdir.

Görüşlərin ilk hissəsində müvafiq olaraq 7:1 və 2:0 hesabı qeydə alınıb. Lakin qalib komandalar ikinci hissədə qeyri-adi oyun nümayiş etdiriblər və rekord hesabla qələbə qazanıblar. Eyni zamanda "Qalf" və "Livan Kokima" arasındakı matçın hakimi ikinci hissəni idarə etməkdən imtina edib və əvəzlənib.

Hər iki nəticə oyunların danışılmış olması ilə bağlı şübhələrə görə ləğv edilib. Sierra Leone Futbol Federasiyası hadisə ilə bağlı hər 4 klubun oyunçuları və nümayəndələrini, eləcə də hakimləri araşdıracağını bildirib.

Sierra Leone Futbol Federasiyasının rəhbəri Tomas Daddi Brima məsələ ilə əlaqədar açıqlamasında deyib: "Biz dayanıb belə biabırçı vəziyyətin cəzasız qaldığını görə bilmərik".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR