Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ötən gün Qaradağ rayonunun Sahil qəsəbəsində ana və qızı yaşadıqları binanın doqquzuncu mərtəbəsindən yıxılıb. Hadisə nəticəsində Pərvanə Tarverdiyeva vəfat edib, yeniyetmə qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, evin balkonunda aynaları silərkən ehtiyatsızlıqdan pəncərədən yıxılan ana və 15 yaşlı qızı qonşularına məxsus avtomobilin üzərinə düşüb.
Pərvanə Tarverdiyeva bağça müəllimi olaraq çalışıb. Onun bir qızı, iki oğlu olub.
P.Tarverdiyeva və qızının fotosunu təqdim edirik:
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ