İnsanlara hürriyət, millətlərə istiqlal!

“85 milyon Türkiyə Cümhuriyyəti vətəndaşları olaraq daim yanınızdayıq” - böyük dəstək

“Ermənistan zaman qazanmaq və üçtərəfli bəyanatı yerinə yetirməmək üçün əlindən gələni edir”

Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Müdafiə Nazirliyi təxribat nəticəsində Azərbaycan Ordusunun 50 şəhid verdiyini açıqlayıb. Eyni zamanda təxribat nəticəsində iki mülki şəxs də yaralanıb. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini, 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini, 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.  Hazırda A. Musayev Gəncə şəhəri A. Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A. Orucov isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hərbi Prokurorluqda istintaq olunan cinayət işi çərçivəsində hər iki fakt hazırda araşdırılır.

Dünəndən etibarən demək olar ki, bir çox türk dövlətlərinin rəsmilərindən Azərbaycana dəstək ismarışları səslənməkdədir. Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı, təcavüzü qınanılır, pislənir.

Mustafa Ilıcalı | Yazar | Kriter Dergi

Mustafa Ilıcalı

İstanbul Ticarət Universitetinin professoru Mustafa Ilıcalı da “Yeni Müsavat”a açıqlamasında  erməni silahlı qüvvələrinin hücumunu pisləyib: “Biz ölkə olaraq çox üzgünük, çünki Azərbaycanı iki dövlət-bir millət olaraq görürük. Türkiyədə rəsmilər və vətəndaşlar bununla bağlı çox təpki göstərirlər. Dünən mən də öz sosial media hesabımdan paylaşım etmişəm. Ermənilərin haqsız, anlaşmaya uymayan davranışlarını qınayırıq. Eynilə Azərbaycan Prezidentinin dediyi kimi, onların ağıllarını başlarına yığmalarını gözləyirik. Azərbaycan Ermənistanın üzərində çox önəmli bir gücdür. Erməni hücumu nəticəsində şəhid olmuş qardaşlarımıza rəhmət diləyirəm. Mülkü əhali arasında da yaralananların olması çox üzücüdür. Türkiyə hər zaman Azərbaycanın yanındadır, yaxşı gündə də, pis gündə də. Ermənilər tez bir zamanda ağıllarını başlarına toplayıb, üzr istəyib, anlaşmaya getməlidirlər. Səksən beş milyon Türkiyə Cümhuriyyəti vətəndaşları olaraq daim yanınızdayıq”.

Gökan Güler

Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin müşaviri Gökan Güler də “Yeni Müsavat”a erməni  təcavüzü barədə fikirlərini bildirib: “Biz çox üzgünük. Azərbaycan türk xalqları üçün, bizlər üçün çox önəmlidir. Çünki bir millətin övladlarıyıq. Bu anlamda Azərbaycana edilən ən kiçik hücum bizə edilmiş hücum sayılır. Azərbaycan dövlətinin sərhədlərinə edilən bu hücumları, bu hücum nəticəsində həyatını itirmiş əsgərlərimizi, qardaşlarımızı, qazilərimizi, yaralanmış mülkü əhalini gördükcə üzülürük. Şəhidlərimizə rəhmət diləyirik, yaralılara sağlıq diləyirik”.

G.Güler Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın Azərbaycana başsağlığı verdiyini qeyd edib: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən illərdir ki, işğal olunduğunu bilə-bilə dünyanın buna biganə qaldığını da hər kəs yaxşı bilir. Nəticədə Azərbaycan bu haqsızlığa, diplomatik müstəvidə Ermənistanın bu əməllərinə görməzlikdən gəlmələrinə son qoydu, öz ərazilərini geri qaytarmaq üçün mübarizə apardı. Bu mübarizə nəticəsində tam olmasa da, öz torpaqlarının böyük qismini işğaldan azad etdi, öz torpaqlarını müdafiə etmək döyüşmək məcburiyyətində qaldı. Onsuz da dünyada bir fikir  yaradılır ki, sanki türk dövlətləri hücumçu və imperialistdirlər. Halbuki tarix boyunca türklər hər zaman hücumlara məruz qalıb. Özlərini müdafiə etmək məcburiyyətində qalıblar. Hansı ölkə olur-olsun, sənin ailənə, övladlarına hücum edərlərsə, refleks olaraq sən onları müdafiə edəcəksən. Bu, çox normal haldır. Azərbaycan da məcburdur ki, öz torpaqlarını, vətəndaşlarını qorusun”.

Askeri Ataşe Yücel Karauz: Karabağ'da Ermeni teröristlere göz yuman Rusya  sonuçlarına katlanır

Yücel Karauz

Ehtiyatda olan türkiyəli general Yücel Karauz isə “Yeni Müsavat”a deyib ki, təcavüzkar erməni silahlı qüvvələrinin mülki vətəndaşlara belə hücum etməsi təxribatdır: “Ermənistan zaman qazanmaq və üçtərəfli bəyanatı yerinə yetirməmək üçün, eləcə də öz ölkəsindəki uğursuzluqlardan diqqəti yayındırmaq, Azərbaycandan qisas almaq, Azərbaycan torpaqlarında yaşayan ermənilərin Azərbaycanyönümlü olmasının önünə keçmək məqsədilə Azərbaycan torpaqlarına hücum edib. Son hadisələr təcavüzkar Ermənistan tərəfindən planlı şəkildə həyata keçirilən təxribatdır. Münaqişə başlar-başlamaz beynəlxalq ictimaiyyətin ayağa qaldırılmağa çalışılması, dezinformasiya yaymaları, Azərbaycanın mülki əhalisinə, mülki şəxslərə hücum etməsi bu olayın kiçik deyil, geniş çapdan, siyasi-informatik baxımından bir qurama olduğunu göstərir. Buna sübut Ermənistanın baş nazirinin insidentin ardınca xarici dövlətlərə etdiyi zənglərdir”. Qəhrəman Azərbaycan Ordusunun Vətən savaşındakı rəşadəti və sonrakı proseslərdə göstərdiyi qətiyyətin işğalçı tərəfə tarixi dərs olduğunu xatırladan general Yücel Karauz deyib ki, Ermənistan rəhbərliyi bu cür təxribatlarla bir tərəfdən 44 günlük müharibənin nəticələrini unutdurmaq istəyir, digər tərəfdən isə beynəlxalq ictimaiyyətin rəyini Azərbaycana qarşı çevirmək niyyətindədir: “Bütün bu təxribatların ən böyük məqsədi isə normallaşma prosesini əngəlləməkdir. Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanındadır. Şuşa Bəyannaməsi kontekstində də Kəlbəcərə, Şuşaya, Zəngilana edilən hücumlar, eyni zamanda Türkiyəyə edilmiş hücumlardır. Heç bir ölkənin Azərbaycana qalib gəlməsi mümkünsüzdür. "Dəmir yumruq" hər zaman havadadır. Ermənistanın bir qonşusu Türkiyə, digər qonşusu Azərbaycandır. Barışdan başqa şansı yoxdur".

Türkiyənin daxili işlər naziri Süleyman Soylu isə azərbaycanca paylaşım edib. O, tvitter hesabında Azərbaycana dəstək verib. “Birdir hər bir halımız, Sevincimiz - məlalımız. Bayraqlarda ayparamız, Azərbaycan-Türkiyə”. Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda şəhid olan azərbaycanlı qardaşlarımıza Allah rəhmət eləsin. Can Azərbaycan xalqına başsağlığı verirəm. Məqamları yüksək olsun, inşallah", - deyə DİN rəhbəri sosial şəbəkə hesabında yazıb.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR