Onlayn ictimai-siyasi qəzet
Türkiyədə 40-dan çox şəxsə qarşı dələduzluq edən "Bitcoin Safiye" 52 gündən sonra azadlığa buraxılıb.
Binance.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Adana şəhərində yaşayan Safiye Gökçe Yüce, təxminən 6 il əvvəl həyat yoldaşı Oğuzhan Yücenin geotermal elektrik stansiyasına işə girməsindən sonra Aydın şəhərinə köçdü.
O, əri ilə burada subpodrat şirkəti qurub. Daha sonra Safiye Gökçe Yüce, şirkətə işçilər tapmağa başlayıb. Həmin vaxt Aydın Dövlət Xəstəxanasına gedən qadın orada tanış olduğu həkimə özünü sərmayəçi kimi təqdim edib.
O, həkimə Bitcoin kriptovalyutasına sərmayə qoymağı məsləhət görüb. Bunun üçün həkimdən çoxlu pul alıb. Bir müddət sonra dividend (səhmdar cəmiyyətin mənfəətinin hər il səhmdarlara ödənilən hissəsi) verdiyi həkimə yeni müştərilər tapacağına və buna uyğun olaraq divident ödəyəcəyinə söz verdi.
Beləcə, piramidaya bənzər bir quruluş yaradan Yüce qısa müddətdə tibb bacısından tutmuş polisə qədər 40 nəfər şəxsi aldadıb. Safiye Gökçe Yüce, Bitcoin almaq üçün pul yıdığı şəxslərə 2 il boyunca gəlir ödəyib.
Qurduğu şirkətin adının JES firması olduğunu, bacısı oğlunun isə Türkiyə Milli Kəşfiyyat İdraəsində çalışdığını deyib. Daha sonra o, 2019-cu ildə aradan çıxıb. Safiye Gökçe tərəfindən dələduzluqla üzləşən vətəndaşlar polisə və məhkəməyə müraciət ediblər.
Şikayətlərdən sonra Safiye barəsində araşdırmalara başlanılıb. Onun hesabda 8 min 300 Bitcoin olduğu və bu hesabın günbəgün artdığı bəli olub. Safiyenin Aydında 40-a yaxın adamın 30 milyon lirə pulunu oğurladığı ortaya çıxıb.
Safiye Gökçe Yücenin, 27 şəxsin hər birində görə 3 il, ümumilikdə 81 il həbs edilməsi tələb edilib və ona 394 min 300 TL pul cəzası kəsilib. Safiye Gökçe Yüce vəkilləri vasitəsilə apellyasiya məhkəməsinə müraciət edib.
Noyabrın 23-də İzmir Regional Ədliyyə Məhkəməsinin 13-cü Cəza Kollegiyası toplaşaraq etirazı dəyərləndirib. Apellyasiya məhkəməsi Konkret və inandırıcı dəlillərin olmadığı qənaəti ilə hökmün ləğvinə qərar verib və Yüce azadlığa buraxılıb. qərar verib.
Zərərçəkmişlər bu qərara etiraz edəcəklərini bildiriblər.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ