İnsanlara hürriyət, millətlərə istiqlal!

80 raket Zelenskini belə dəyişdi - Putin isə çiyinlərini arxaya verməklə demək istəyir ki... - ŞOK

"Liderlərin çıxışlarına baxdıqda əvvəlcədən hazırlaşdıqları dərhal hiss olunur. Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya lideri Vladimir Putin davranışlarını verəcəkləri mesajlara hesablayırlar. Məsələn, Zelenskinin yaşıl rəngli hərbi forma geyinməsi davamlı olaraq müharibə içərisində olduğu, "mən döyüşürəm" mesajını verməkdir. Üzünü qırxmadan ekranlara çıxması isə "vaxtım yoxdur, uşaqlarımı görə bilmirəm" mesajını verir".

thumbs_b_c_b6f8f34ae36c064f1fa4c33c7cae85f3.jpg (101 KB)

Bunu Musavat.com-a bədən dili üzrə mütəxəssis Babək Bayramov deyib. 

137838380_200887135031074_4392828922189708018_n.jpg (41 KB)

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, iki slavyan bir-biri ilə döyüşür, hər iki tərəf üçün çox həssas məqamdır:

"Hər iki lider xalqın psixologiyasını nəzərə alaraq verdikləri mesajları yumşaltmağa çalışır. Putin deyir ki, bizim onları yer üzündən silmək kimi bir niyyətimiz yoxdur. Vladimir Zelenski isə mesajlarını belə verir ki, onlar Ukraynanı xəritədən silmək istəyirlər. Putin tiran rolunda çıxış etməkdədir. Putinin bədən dilinə baxarkən onda gərginliyi davamlı olaraq görəcəksiniz. Bu onun hərəkətlərində, duruşunda, çiyinlərini daim arxaya, sinəsini irəli verməsində (hansı ki, bu, eqonu göstərir) görünür. Yəni "mən güclüyəm" mesajını verir.

Cropped-1645544187-02-17T134952Z_2030286205_RC2GKS94BTWZ_RTRMADP_3_UKRAINE-CRISIS-PUTIN.png (1.68 MB)

Ancaq mən Vladimir Zelenskini bədən dili üzrə böyük mütəxəssis hesab edirəm. Çünki o, tez-tez mod dəyişdirə bilir. Bəzən həssasiyyət, bəzən isə kövrəklik, vətənpərvərlik. Yəni "Ukraynaya kömək edin, yoxsa biz məhv oluruq" mesajlarını verir.

80 raketin atılmasından sonra Zelenski mesajları çox rahat şəkildə verir. O, bədən dili ilə xalqa müraciət edərək "rahat olun, panika yaratmayın" deyir. Çünki bu vəziyyət əks-reaksiya verə bilər. Bu, metamesajdır. Zelenski hətta neqativ məqamları da rahat şəkildə danışır. Bu, düşünülmüş, hesablanmış addımdır. Hesab edirəm ki, hər iki tərəflə güclü mütəxəssislər işlədiyinə görə liderlər mesajlarını publikaya hesablayırlar. Putinin güc qəlbi güclüdür. Belə insanlar hər şeyi güc hesabına həll etməyə çalışırlar. Bu, onların səs tonlarında, baxışlarında, hərəkətlərində sezilir. Zelenskinin davranış qəlbi isə sevgi qəlbidir. Daha çox ünsiyyət qurmağa meylli insanlarda belə bir metaproqram olur. Zelenski bütün davranışları və davranış dəyişiklikləri ilə bunu göstərir. Ona görə də publika ilə daha sıx işləyir və dəyişik mesajlar verə bilir. Krım körpüsünün partladılmasından sonra Putin mütləq nələrsə etməli idi. Çünki psixoloji olaraq sarsıntını gözə ala bilməzdi. Söz vermişdi ki, əgər belə etsələr, nüvə bombası atacağıq. Əvəzində 80 raket atdılar. Bu, psixoloji basqını susdurmaq üçündür. Məsələni daha çox şişirtmək riskli idi". 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR