Onlayn ictimai-siyasi qəzet
Alimlər 80 milyon ildən çox əvvəl yaşamış yeni dinozavr növü aşkar ediblər.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın ABC telekanalı məlumat yayıb.
Yeni növ “Khankhuuluu mongoliensis” adlandırılıb və onun Monqolustanda tapıldığı bildirilir. Alimlərin fikrincə, bu canlı kiçik ölçülü tirannozavr növünə aiddir.
Araşdırmalara əsasən, “Khankhuuluu mongoliensis” təxminən 770 kiloqram çəkidə olub və uzunluğu 4 metrə yaxın olub. Onun həm quruluşu, həm də ölçüləri digər iri tirannozavrlardan fərqlənir və bu növün təkamül prosesi haqqında yeni məlumatlar təqdim edir.
Yeni tapıntı qədim canlılar aləminin öyrənilməsində əhəmiyyətli addım hesab olunur.
Musavat.com
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ