Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Tiflisdə minlərlə etirazçı şəhərin mərkəzində yerləşən Prezident Sarayına basqın etməyə cəhd göstərib.
Musavat.com xəbər verir ki, hazırda xüsusi təyinatlılar etirazçıları su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək dağıdır.
Qeyd edək ki, bundan əvvəl Daxili İşlər Nazirliyi mitinq iştirakçılarını polisin qanuni göstərişlərinə tabe olmağa və vəziyyəti süni şəkildə gərginləşdirməməyə çağırıb. Nazirlik bildirib ki, aksiyanın gedişində ictimai təhlükəsizliyin və asayişin qorunması məqsədilə bütün qanuni tədbirlər görüləcək.
Musavat.com
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ