İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanı qasırğa VURDU: Ölən var, minlərlə ev işıqsız qaldı - VİDEO

"Emi" qasırğası Böyük Britaniya və İrlandiyanı vurub.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, güclü fırtına nəticəsində bir nəfər həyatını itirib.

Məlumatda bildirilir ki, küləyin sürəti saatda 90 milə çatır. Təbii fəlakət nəticəsində ağaclar aşıb, avtomobillər çevrilib, bir çox evlərin dam örtüyü dağılıb.

"Sky News"un xəbərinə görə, enerji şirkətləri 60 mindən çox abunəçinin elektrik təchizatını bərpa etməyə çalışır. Sinoptiklər hava şəraitinin daha da pisləşəcəyi, nəqliyyatda ciddi nasazlıqlar və yeni fırtınaların baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2025

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR