İnsanlara hürriyət, millətlərə istiqlal!

“Boz kardinal”ın şəriki 30 sutka HƏBS EDİLDİ

Kişinyov məhkəməsi oliqarx Vladimir Plaxotnyukun yaxın adamı sayılan Moldovanın sabiq deputatı Konstantin Tsutsaya qarşı ittiham irəli sürərək onun 30 sutka müddətinə həbsinə qərar verib.

Musavat.com xəbər verir ki, bu barədə TV8 telekanalı məlumat yayıb.

Məlumata görə, Tsutsa korrupsiya və sərhədi qanunsuz keçməkdə ittiham olunur.

Onun vəkili ittihamları əsassız adlandırıb və bildirib ki, sabiq deputat ölkə sərhədini qanuni şəkildə, pasport təqdim etməklə keçib. Buna baxmayaraq, məhkəmə Tsutsanın 30 sutka müddətinə həbsdə saxlanılmasına qərar verib və o, istintaq təcridxanasına göndərilib.

Qeyd olunur ki, keçən həftə məhkəmə sabiq deputatın qanunsuz varlanma və dələduzluq ittihamları ilə bağlı cinayət işləri çərçivəsində saxlanılmasına sanksiya verib və onun beynəlxalq axtarışa verilməsi barədə qərar qəbul edib. Oktyabrın 3-də Tsutsa ölkəyə qayıdarkən sərhəd-keçid məntəqəsində öz istəyi ilə Moldova polisinə təslim olub.

Xatırladaq ki, 2025-ci ilin iyul ayında sabiq deputat oliqarx Vladimir Plaxotnyukla birlikdə Afina hava limanında saxlanılıb. O zaman Kişinyov “Interpol” xətti ilə Plaxotnyuku beynəlxalq axtarışa vermişdi. Həbs zamanı Tsutsadan saxta sənədlər aşkarlanıb. Sentyabrda o, azadlığa buraxılıb, Moldovanın “boz kardinalı” kimi tanınan Plaxotnyuk isə ölkəsinə ekstradisiya edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2025

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR