Onlayn ictimai-siyasi qəzet
London məhkəməsi Çin vətəndaşı Çji Min Tsyanı dünyanın ən böyük kriptovalyuta fırıldağında təqsirli bilib.
Musavat.com xəbər verir ki, polis onun hesablarından 61 min bitkoin müsadirə edib ki, bu da təxminən 6,7 milyard dollar dəyərindədir.
İstintaqın məlumatına görə, Tsyan 2014–2017-ci illərdə Çində yüz minlərlə insanı aldatmaqla böyük maliyyə piramidası qurub.
O, 128 mindən çox vətəndaşı aldadaraq vəsaitləri bitkoinə çevirib, daha sonra isə bu pulları saxta sənədlər və vasitəçilər vasitəsilə Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərində “yumağa” cəhd edib.
Beş il gizlənən Tsyan nəhayət Londonda saxlanılıb. O, 10 noyabrda məhkəmə hökmünü gözləyir.
Britaniya hakimiyyəti artıq müsadirə olunmuş milyardların qurbanlara qaytarılması mexanizmini hazırlayır. Ölkənin təhlükəsizlik naziri Den Carvis bildirib ki, “Böyük Britaniya pul yuyanlar üçün sığınacaq olmayacaq”.
Musavat.com
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ