Onlayn ictimai-siyasi qəzet
Türkiyənin “Superstar”ı, musiqi dünyasının əfsanəsi Ajda Pekkan 79 yaşına baxmayaraq yenə də səhnədə gənc bir ulduz kimi parlayır.
Musavat.com xəbər verir ki, İzmir konsertində təqdim etdiyi yeni imic sosial mediada böyük maraq doğurub.
Konsert zamanı açıq rəngli köynək, cins şalvar, metal bəzəkli kəmər və enerjili səhnə performansı ilə çıxış edən Ajda, tamaşaçıları heyrətləndirib. Sosial şəbəkələrdə yayılan videolarda izləyicilər onun gənclik enerjisini, hərəkətlərini və zövqlü geyim seçimini yüksək qiymətləndiriblər.
Bir çox izləyici “79 yaşında bu enerjini haradan tapır?”, “Ajda yenə gənc qızları kölgədə qoydu” kimi şərhlərlə superstarın performansına heyranlıqlarını bildirib.
Musavat.com bildirir ki, 12 fevral 1946-ci ildə İstanbulda anadan olan Ajda Pekkan 1960-cı illərin sonlarından etibarən Türkiyənin pop musiqi səhnəsinin simvoluna çevrilib. “Superstar” ləqəbli sənətçi 20-dən çox albom, onlarla hit mahnı və saysız-hesabsız beynəlxalq səhnə təcrübəsinə sahibdir. Uzun illər boyu gənc görünüşü, enerjili ifaları və müasir musiqi tərzi ilə hər nəsildən dinləyicinin sevimlisi olub.
İzmir konserti isə bir daha sübut etdi ki, Ajda Pekkan təkcə keçmişin deyil, bu günün də ulduzudur – özü də 79 yaşında!
Musavat.com
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ