Onlayn ictimai-siyasi qəzet
İstanbulda saxta sənədlərlə lüks avtomobillər satan şəbəkəyə qarşı "Şifrə 1" adlı əməliyyat keçirilib, 25 nəfər saxlanılıb.
Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, Avto Oğurluq Bürosu qrupları İstanbul mərkəzli 8 vilayətdə eyni vaxtda əməliyyat keçirib - İstanbul, Diyarbəkir, İzmir, Manisa, Mersin, Biləcik, Kırıkkale və Kocaeli.
Şəbəkə tərəfindən oğurlanan avtomobillər arasında rüşvət və korrupsiya ilə Türkiyədə adı gündəmdə olan iranlı iş adamı Rza Zərrabın adına rəsmiləşdirilmiş lüks avtomobilin də olduğu ortaya çıxıb. Məlum olub ki, iyulun 1-də Notariuslar İttifaqına bu avtomobil üçün qondarma tenderin edildiyini göstərmək və üzərindəki annotasiyaları silmək üçün məktub yazıblar.
Şəbəkənin uzun müddət Yediemin avtoparklarında saxlanılan dəbdəbəli avtomobilləri müəyyən etdiyi, daha sonra isə onları oğurlamaq üçün İcra Müdirliyi ilə birlikdə əlaqə yaratdığı müəyyən edilib. Məlumata əsasən, avtomobilləri icra hakimiyyətindən almış kimi göstərən şəbəkə üzvləri onları avtosalonlardakı müştərilərə satıblar.
Məlumata görə, şəbəkə bu yolla 750 milyon lirə ələ keçirib.
Avto Oğurluq Bürosu qrupları əvvəlcə oğurlanmış vasitələrin işləndiyi İcra Müdirliyinin müdir müavini vəzifəsində çalışan O.K.-nı saxlayıb. Lakin o, ittihamları qəbul etməyib. O.K. məhkəmə binasında tutularaq həbsxanaya göndərilib.
Saxlanılanlar arasında icra başçısının müavini, məhkəmə icraçıları və məhkəmə məmurlarının da olduğu bildirilir. 25 nəfərdən biri isə çobandır. O, pul qarşılığında adına 7 lüks avtomobil yazdırdığını bildirib. Dindirmə zamanı H.İ.-nin sahibi olduğu avtomobillərin markasını belə bilmədiyi ortaya çıxıb.
Şəbəkə üzvləri 4 gün ərzində Avto Oğurluq Bürosunda dindirilib. Araşdırma nəticəsində şəbəkənin rəhbərinin əvvəllər avtopark işlətmiş Kərim A. olduğu ortaya çıxıb.
Ədliyyə məmuru işləyən Serdar Ö.-nün isə şəbəkənin oğurlayacağı nəqliyyat vasitələri ilə bağlı kompüter yazışmaları apardığı müəyyən edilib.
Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ