Onlayn ictimai-siyasi qəzet
Arabesk musiqisinin əfsanəvi ismi Ümit Besen vəsiyyəti ilə bağlı verdiyi açıqlamayla diqqət çəkib.
Musavat.com-un xəbərinə görə, Ümit Besen Etilərdə yerləşən bir məkanda səhnəyə çıxıb.
Konsertdən öncə jurnalistlərin suallarını cavablandırıb.
Jurnalistlər yanvarın 2-də müalicə aldığı xəstəxanada vəfat edən Ferdi Tayfurun ölümündən sonra ailəsində yaranan miras qalmaqalını xatırladaraq Ümit Besendən “Vəsiyyətiniz varmı?” deyə soruşublar.
Besen bu suala belə cavab verib:
“Mənim vasiyyətim yoxdur. Vasiyyətim nə ola bilər ki? Mən həyatda olan zaman hər şeyi tənzimləyən bir insanam. Öləndən sonraya heç nə saxlamaram. Heç bir dava-dalaş olmaz. Mənim övladlarım brilliant kimidir. Hamısı bir-birinə bağlıdır. Hər birinə hər şey almışam”.
68 yaşlı sənətkar bu mövzuda heç bir narahatlıq keçirmədiyini bildirərək əlavə edib:
“Onların ən böyük mirası atalarının qoyduğu izlərdir, sevgidir, bəstələrdir. Onların ən çox qoruyacağı şey isə atalarının xarakteri və hissləri ilə onu yaşatmaq olacaq”.
Xatırladaq ki, Ferdi Tayfurun ölümündən sonra açıqlanan vasiyyətnamədə onun küsülü olduğu qızı Tuğçe Tayfur və böyük oğlu Timur Turanbayburtun adlarının olmaması diqqət çəkmişdi. Bu isə Tayfur ailəsində miras mübahisələrinə səbəb olmuşdu.
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ