İnsanlara hürriyət, millətlərə istiqlal!

6 medallı qazi aksizsiz siqaret satdığı üçün bu qədər cərimələndi

Bakıda aksiz markası olmayan tütün məhsullarının satışı ilə məşğul olan qazi məhkəmə önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, Xətai prospektində aksiz markası olmayan tütün məhsullarının satışı ilə məşğul olan qazi vergi müfəttişləri tərəfindən məsuliyyətə cəlb edilib.

“Moskviç” markalı köhnə, istifadəyə yararsız avtomobildə siqaret satmaqla məşğul olan qazi İsmət Məmmədov (ad və soyad şərtidir) Vətən müharibəsindən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin alınmasına görə”, “Cəbrayılın alınmasına görə”, “Qubadlının alınmasına görə” və “Kəlbəcərin alınmasına görə” medalları ilə təltif olunub.

Vergi müfəttişləri qazidən 322 qutu aksiz markası olmayan tütün məhsulları aşkar edərək müsadirə ediblər.

Qazi vergi işçilərinə bildirib ki, aksizsiz siqaretləri tanımadığı şəxslərdən ucuz qiymətə alıb. O, satdığı hər qutudan 1-2 manat qazandığını bildirib. Vergi işçilərinə heç bir sənəd təqdim edə bilməyən Məmmədov əməlindən peşman olduğunu deyərək barəsində yüngül cəza təyin edilməsini istəyib.

Məhkəmə İ.Məmmədovu Cinayət Məcəlləsinin 213.1-ci (Vergi ödəməkdən yayınma) maddəsi ilə təqsirli bilərək 1500 manat məbləğində cərimə edib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR