İnsanlara hürriyət, millətlərə istiqlal!

6 il sonra Bakıda konsert verdi

Ötən gün reper Orxan Zeynallının 6 ildən sonra ilk konserti baş tutub.

Musavat.com xəbər verir ki, sənətçinin 20 saata satılan biletləri üçün sıra konsertdən 3 saat öncə başlayıb.

3000-dən çox insanın iştirak etdiyi tədbirdə Orxan 26 mahnı səsləndirib. Canlı konsert zamanı ona müğənnilər Bahar, Tomris, Mərdan Kazımov, Röya Miriyeva və başqaları yoldaşlıq edib.

Anşlaqla keçən konsertə tamaşaçıların mahnıları reperlə birgə səsləndirməsi də damğa vurub.

50-dən çox komanda üzvünün çalışdığı konsertin sonuncu və ikinci günü bu gün Elektra Events Hallda baş tutacaq. Qeyd edək ki, tədbirin bütün biletləri anons çıxandan üç gün sonra tükənib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR