İnsanlara hürriyət, millətlərə istiqlal!

55 yaşlı qadın mollanın üzünə benzin tökdü, bir gözü görmür

Kürdəmir rayonunun Karrar kəndində 55 yaşlı Sevda adlı qadın kəndin mollası kimi tanınan 69 yaşlı Sərhəd Orucovun üzünə benzin töküb.

Musavat.com xəbər verir ki, hadisə tərəflər arasında baş verən mübahsiyə görə olub.

Sevda adlı xanım iddia edib ki, 3 il əvvəl Sərhəd Orucov onun evindən 2100 manat dəyərində oğurluq edib. Pulun 600 manatını qaytarsa da qalan məbləği ödəməyib. Buna görə də aralarında dəfələrlə mübahisə yaranıb.

Onun sözlərinə görə Sərhəd Orucovdan pulunu tələb edəndə onun tərəfindən təhqir edilib.

Sonuncu mübahisə də buna görə baş verib. Sevda adlı xanım iddia edib ki, Sərhəd Orucovdan pulunu istəyən zaman yenə onu təhqir edib. O da əlində olan benzini onun sifətinə atıb.

Molla təqsirləndirilən qadının iddiaları ilə razılşamayaraq oğurluq etmədiyini deyib.

Ekspertiza rəyinə görə Sərhəd Orucov sağ gözün hiperemiyası və görmənin zəifləməsi xəsarəti alıb.

Tərəflər arasında barışıq olmayıb.

Məhkəmənin hökmü ilə 55 yaşlı qadın 9 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

 

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR