Onlayn ictimai-siyasi qəzet
Ukraynalı gənc Belçikanın paytaxtı Brüsseldə oynadığı 5 avroluq lotoreyadan 500 min avro mükafat qazanıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Belçika Milli Lotereya İdarəsindən verilən açıqlamada, bir ukraynalı qaçqının 5 avro dəyərində biletdən 500 min avro mükafat aldığı bildirilib.
Bir ildir Brüsseldə yaşayan ukraynalı gənc müharibə sonrası ölkəsinə qayıtmaq istədiyini və yenidənqurma işlərində ölkəsinə dəstək olmaq istədiyini bildirib.
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ