İnsanlara hürriyət, millətlərə istiqlal!

"44 günlük müharibədə gördük ki, Rusiya silahları dünyanın ən yaxşısı deyil" - Xaçatryan

Bu gün pilotsuz uçuş aparatlarının ən yaxşı nümunələri dəqiq Rusiya deyil, dünyada ruslardan daha yaxşı analoqlar var.

Konkret.az xəbər verir ki, bunu noyabrın 14-də jurnalistlərə müsahibəsində Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Armen Xaçatryan deyib.

O, hakimiyyətin Rusiyanın müqavilə öhdəliklərinə əməl etməsinə nəzarət etmək niyyətini açıqlayıb. Lakin başqa ölkələrdən alına bilən və alınmalı olan silahlar var.

Onun sözlərinə görə, Ermənistan silah əldə etmək prosesini fəal şəkildə davam etdirir, bu müzakirələr lazım olanı verməyə hazır olan ölkələrlə aparılır.

“Bu istiqamətdə tədbirlər görüləcək. Silah tədarükü prosesi haqqında nə qədər az danışsaq, bir o qədər yaxşıdır”, – Xaçatryan deyib.

Deputat xatırladıb ki, Rusiya silahları Ermənistanın hərbi potensialının əsas hissəsini təşkil edir. Onun sözlərinə görə, kifayət qədər yaxşı silahlar var ki, özlərini sübut ediblər, lakin başqa ölkələrdən alınması lazım olan silahlar da var.

“Biz 44 günlük müharibəni gördük, Ukraynada, Suriyada döyüşləri görürük. Və bizim mütəxəssislər Ermənistanın hansı silahlara ehtiyacı olduğunu çox yaxşı bilirlər”, – deyə o, bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR