İnsanlara hürriyət, millətlərə istiqlal!

“44” filmində niyə yerli yox, türk aktrisa oynayıb?

Xalq artisti Mehriban Zəki Vətən müharibəsindən bəhs edən “44” filmindən danışıb.

Musavat.com-un xəbərinə görə, bu barədə “Pərvizə görə” verilişində açıqlama verən sənətçi sosial şəbəkələrdə türk aktrisa Özge Gürelin sözügedən ekran işində rol almasına irad bildirənlərə cavab verib:

“Çox qəribədir “44” haqqında danışılan kimi niyə qalmaqallı nöqtəyə toxunursunuz? Orada heç bir qalmaqallı tərəf yoxdur. Həm məndə, həm xalqımızda, həm sizdə sevindirən, sevinc hissi yaradan o olmalıdır ki, film müharibə dövrünü ehtiva edəcək, onu ekrana gətirəcək. Bu, bizim üçün çox dəyərli sənət əsəri olacaq. Təbii ki, insanlar hər zaman niyə bu oldu, filan oldu, kimi qınamaq mövqeyində olurlar, buna cəhd edirlər. Çünki bilmirlər. Lakin ssenariyə əsasən, Özgenin oynadığı obraz türk xanımdır. Filmdə Türkay Cəfərli, Nadir Rüstəmli çəkilir. Sonra İbrahim Çingiz mənim oğlumu canlandırır. Çox yaraşıqlı, gənc aktyorlarımız rol alır”.

Xalq artisti Mehriban Zəki düşdüyü dəhşətli avtomobil qəzasından da danışıb:

“Baş verən hansısa qanlı hadisəni, avtomobil qəzasını, utanmadan, çəkinmədən, həya etmədən insanların acısını çəkib paylaşırlar. Psixoloji məqamları bilmirik. Məndə çox böyük travma qalıb. O qədər böyükdür ki, bu barədə danışmaq istəmədim. Təbii ki, belə bir hadisədən sonra çox şey dəyişir. Məqsədli şəkildə bunu dəyişəcəm demədim. Amma istər-istəməz dəyişir. Dəyişən məqamlar səni böyüdür, dərinləşdirir. Hər addımında, hər kəliməndə düşünməyə, götür-qoy etməyə, məsuliyyət daşımağa vadar edir”.

Xatırladaq ki, M.Zəki həmkarı Dilarə Əliyeva və Oqtay Əliyevlə avtomobil qəzasına düşüb, O.Əliyev bu hadisədə dünyasını dəyişib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR