Onlayn ictimai-siyasi qəzet
43 bağça müdirinin yeni tədris ilində müqaviləsi uzadılmayıb.
Bu barədə Musavat.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, agentlik tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir.
Belə ki, vətəndaş və valideyn müraciətləri əsasında bir sıra məktəbəqədər təhsil müəssisələrində aparılan yoxlama-nəzarət tədbirləri zamanı aşağıdakı nöqsanlar aşkar edilib:
-təşkilati-sənədləşmə işlərinin,
-uşaqların qidalanması prosesinin təşkilinin müəyyən məqamlarda düzgün aparılmaması;
-davamiyyətin aşağı olması;
-prosesə nəzarətin düzgün təşkil edilməməsi;
-uşaqların qeydiyyatı üçün nəzərdə tutulan portaldan kənar azyaşlıların təlim-tədrisə cəlb edilməsi;
Aşkar edilən nöqsanlar nəticəsində ölkə üzrə ümumilikdə 43 bağça müdiri işdən azad edilib.
Nigar HƏSƏNLİ,
Musavat.com
01 Yanvar 2025
31 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ