İnsanlara hürriyət, millətlərə istiqlal!

41 yaşlı almaniyalı deputat 4 uşağını da götürüb Rusiyaya qaçdı

Almaniyanın Hamburqdan olan deputatı Olqa Petersen 4 uşağını da götürüb Rusiyaya qaçıb.

APA xəbər verir ki, "Biz kabusda yaşayırıq" deyə açıqlama verən almaniyalı sağçı deputat Petersen 4 uşağı ilə birlikdə Rusiyaya sığınıb.

Deputat mətbuata qarşı zorakılıqdan şikayətlənir və hakimiyyətin uşaqları ailədən uzaqlaşdırmağa çalışacağından qorxur.

Rusiyada artıq sənədləşməyə və işlə təmin olunacağına dair qadına söz verilib. Deputat məktəblərdə cinsi təhsil və ekoloji gündəmə qarşı çıxıb, həmçinin Rusiya Federasiyasında keçirilən prezident seçkilərini demokratik və azad adlandırıb.

Almaniyanın “Bild” qəzeti isə ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasından olan Hamburq parlamentinin üzvü 41 yaşlı Olqa Petersenin övladlarının gələcəyindən və “Putinə heyranlığına görə” təqiblərdən qorxaraq ölkədən qaçdığını yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR