İnsanlara hürriyət, millətlərə istiqlal!

4 yaşlı uşaq mürəbbə bişirilən qazana düşdü

Şəkidə 4 yaşlı uşaq mürəbbə bişirilən qazana düşərək yanıb.

Musavat.com-un “Qafqazinfo”ya istinadla məlumatına görə, rayonun Köndələn kənd sakini, 2018-ci il təvəllüdlü Əlizadə Ömər Səxavət oğlu yaşadığı ünvanda mürəbbə bişirilən qaynar qazana yıxılaraq yanıq xəsarətləri alıb.

Yaxınları onu Şəki rayon Mərkəzi xəstəxanasına aparıblar. Azyaşlının vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR