İnsanlara hürriyət, millətlərə istiqlal!

4 rayonun azad olunmasında iştirak edən QAZİ İŞLƏ TƏMİN OLUNDU

Azərbaycanda şahid ailələrinin, müharibə veteranlarının və qazilərin, eləcə də onların ailə üzvlərinin işlə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Dövlət idarə və təşkilatlarında, özəl müəssisələrdə mövcud olan boş iş yerlərinin sayı toplanılır və həmin yerlər müharibə veteranları, qazilər və onların ailə üzvlərinə təklif edilir. Onların istəyinə uyğun olaraq işlə təmin edilirlər.

APA TV-nin xəbərinə görə, iş axtaranlardan biri də Oğuz rayonu Xaçmaz kənd sakini, Vətən Müharibəsi iştirakçısı Maarif Eldar oğlu Şükürlü idi. O, ötən ilin sentyabr ayında rayon rəhbərliyinə işsiz olduğunu bildirərək işlə təmin olunmasını istəyib. Bu ilin aprelin 18-dən isə Oğuz Rayon İcra Hakimiyyəti başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Maarif Şükürlü Azərbaycan Texnologiya Universitetini bitirib. O, sentyabrın 27-dən başlayan Vətən Müharibəsinə könüllü qatılıb. Maarif Şükürlü Füzuli, Xocavənd, Zəngilan və Qubadlı rayonlarının azad olunmasında iştirak edib. Prezidentin Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatırladaq ki, Oğuz rayonunun Xaçmaz kəndi Birinci və İkinci Qarabağ müharibəsində ümumilikdə 33 şəhid verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR