İnsanlara hürriyət, millətlərə istiqlal!

4 övladı zəlzələ bölgəsində olan Nemət Pənahlı fəryad edir: "Kömək edin!" – “Canlı debat”da

Türkiyədə təhsil azərbaycanlı tələbələr zəlzələdən zərərçəkənlər üçün səfərbər olublar.

Konya Universitetində təhsil alan tələbələr yüklərin paketlənməsinə kömək edirlər.

Tələbələr prosesə ilk vaxtlardan etibarən könüllü dəstək verdiklərini bildiriblər. Konya Universitetinin tələbəsi Sahib Kərimli “Anadolu”ya açıqlamasında bildirib ki, o, zərərçəkmişlərdən hər birini öz ailə üzvü kimi görür: “Hamı səfərbər olub. Azərbaycandan da mənə zəng edib soruşurlar ki, nələr edə bilərik?”.

Necmettin Erbakan Universitetinin tələbəsi Ülkər Kərimova isə söyləyib ki, tələbələr bütün gücləri ilə çalışırlar. Həmin ali məktəbin başqa bir tələbəsi Aysel Səfərova tətillə bağlı Azərbaycana gəldiyini, amma zəlzələ xəbərini eşidən kimi yenidən Türkiyəyə qayıtdığını vurğulayıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Hazırda 4 övladı Türkiyədəki zəlzələ bölgəsində qalan Nemət Pənahlı bu gün saat 14.40-da TV Müsavatın “Canlı debat” verilişində qonaq olacaq.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR