İnsanlara hürriyət, millətlərə istiqlal!

4 nəfərlik ailəyə nə qədər pul lazımdır?

Ölkədə maaşlar bölgələr üzrə kəskin fərqlənir.

Son məlumata görə, Xankəndidə orta aylıq əməkhaqqı 1 771, Bakıda 1 258 manat olsa da, Qaxda bu göstərici 532 manatdır.

Bununla belə, 2024-cü ildə yaşayış minimumu ölkə üzrə 270 manatdır.

Bu göstəriciyə əsasən, minimum yaşayış səviyyəsi üçün ay ərzində əməkqabiliyyətli şəxslərə 287, uşaqlara 235, dörd nəfərdən ibarət ailə üçün isə minimum 1 044 manat pul lazımdır.

İqtisadçı Rəşad Həsənov bildirib ki, hökumətin əsas hədəflərindən biri minimum əməkhaqqı səviyyəsinin orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılması istiqamətində idi:

"Bu da təxminən hazırkı dövr üçün 600-650 manat olması anlamına gəlirdi. Amma hələlik bu göstəriciyə nail olmaq mümkün olmayıb".

Ekspert, həmçinin yaşayış minimumu göstəricisinin müəyyən olunmasında nöqsanlar olduğunu deyir. O hesab edir ki, bu göstərici əməkqabiliyyətli əhali üçün 400-450 manatdır. Lakin rəsmi göstəriciyə əsaslandıqda belə ölkədə minimum əməkhaqqı 600 manat təşkil etməlidir.

Qeyd edək ki, hazırda minimum əməkhaqqı 345 manatdır. 2025-ci ildə isə bu rəqəmin 400 manata çatdırılması nəzərdə tutulur.

Daha ətraflı Baku TV-nin materialında:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR