İnsanlara hürriyət, millətlərə istiqlal!

4 ildən sonra İLK DƏFƏ - Makron bunu etdi

Fransa prezidenti Emmanuel Makron son 4 ildə ilk dəfə Çinə üç günlük rəsmi səfərə gedib.

Musavat.com xəbər verir ki, Makronun Çin proqramının əsas gündəmi Ukrayna müharibəsi, Çin və Avropa arasında ticarət əlaqələri və Asiya-Sakit okean regionunda Fransanın əlaqələrinin qorunub saxlanmasıdır.

Dünən paytaxt Pekinə çatdıqdan sonra jurnalistlərə açıqlama verən Makron Çinin Avropa üçün çox əhəmiyyətli olduğunu vurğulayıb. O, Çinlə ticarət risklərinə baxmayaraq, Avropanın iqtisadi baxımdan Pekindən uzaqlaşmaması lazım olduğunu bildirib.

Makron qeyd edib ki, Çin Rusiya ilə yaxın münasibətlərinə görə Ukrayna müharibəsinin sona çatmasında “böyük rol” oynaya bilər. Fransa lideri Rusiyaya kömək edən hər bir dövlətin beynəlxalq hüququ pozaraq Moskvanın “şəriki” sayılacağını bəyan edib.

Makron bu gün Çin prezidenti Si Cinpinlə görüşəcək. İclasa bu ölkəyə öz proqramı çərçivəsində gələn Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyenin də qatılacağı bildirilir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR