İnsanlara hürriyət, millətlərə istiqlal!

344 minlik dələduzluqda təqsirləndirilən BDU-nun sabiq müəllimindən YENİ XƏBƏR

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Dövlət Universitetinin sabiq müəllimi Həcər Mikayılovanın məhkəmə prosesi keçirilib.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərar əsasən, Həcər Mikayılovanın işinə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə verilib.

Qeyd edək ki, o, özünü Belarusdan Azərbaycana toyuq məhsulları idxal edən şirkət rəhbərləri Anar İsmayılov və Qüdrət Həsənova oğlunun direktoru olduğu “MİN 300” MMC-nin faktiki sahibi kimi təqdim edib. Bu yolla idxal etdikləri ümumilikdə 80 ton toyuq məhsulunu əvvəldən tanıdığı saxlanca yerləşdirilməsinə nail olub. H.Mikayılova bir müddət sonra məhsulu saxlancdan çıxararaq satışını təşkil edib və əldə olunan 332 min manatı ələ keçirib.

Eks-pedaqoq həmçinin daha bir zərərçəkmiş Məzahir Dostuyevə isə torpaq çıxarışı almasına kömək edəcəyi ilə bağlı yalan vəd verərək ondan 12 min manat pul alıb. Sözügedən əməllərə görə, Həcər Mikayılovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, H.Mikayılova əvvəllər Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində baş müəllim olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR