İnsanlara hürriyət, millətlərə istiqlal!

3000 il yaşı olan məzardan görün nə çıxdı - FOTOlar

Almaniyada məzardan cəsəd qalırları ilə birgə son dərəcə nadir olan 3000 illik qılınc tapılıb.

Milli.Az xəbər verir ki, 3000 il yaşı olduğu güman edilən qılınc Nordlingen şəhərində aşkar edilib.

Mütəxəssislər onun 3000 illik yaşına baxmayaraq hələ də parlaqlığını itirməməsinə görə təəccüb qalıblar. Çünki qılınc 3 cəsədlə eyni məzarda qalıb.

Məzardan tapılan cəsədlərin biri kişi, biri qadın, digərinin isə yeniyetməyə məxsus olduğu bildirilir.

Tədqiqatçılar onların qohum olub-olmamasını araşdırır.

"Ancaq indidən demək olar ki, qorunma müstəsnadır! Belə bir tapıntı həqiqətən nadirdir. Yaşına baxmayaraq, qılıncın ziq-zaq naxışı hələ də tam görünür, dırnaqlar və pərçimlərlə işarələnir", deyə arxeoloqlardan biri açıqlamasında deyib.

Mütəxəssislər onun yaradılmasının çətin olduğuna inansalar da, onun əsl silah olduğuna əmindirlər.

Qeyd edək ki, daha öncə amaniyalı arxeoloqlar axtarışlar zamanı Şimali Kent çayının sahilində 3000 yaşlı körpənin ayaqqabısını tapıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR