İnsanlara hürriyət, millətlərə istiqlal!

"30 bal belə toplaya bilməyən müəllimlərin məzun olduqları universitetlərin monitorinqi aparılsın"- Deputatdan təklif


2023-cü ildə ibtidai sinif üzrə sertifikasiya imtahanı üzrə müəllimlərin 35 faizi 0-29 bal toplayıb. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

35 faiz müəllimin 30 bal toplaya bilməməsi ictimaiyyətdə geniş müzakirə obyektinə çevrilib.

"Sertifikasiya imtahanlarında iştirak edən 13 min 300 müəllimin və ya sinağa qatılanların 35 faizinin 30 balı toplaya bilməməsi yalnız orta deyil, eləcə də ali məktəblərində təhsilin keyfiyyətinin artırılması baxımdan bir siqnaldır".

Musavat.com bildirir ki, millət vəkili Vüqar Bayramov məsələyə münasibət bildirərkən deyib. Millət vəkili təklif edib ki, Elm və Təhsil Nazirliyi 10 balı toplaya bilməyənlərin neçənci illərdə və hansı universitetlərin məzunları olmaları ilə bağlı məlumatları ictimaiyyətə təqdim etsin:

'Bu ail məktəblərdə pedoqoji fənnlərin tədrisinin keyfiyyətinin qiymətləndirilməsinə əsas verə bilər. Yəni, əgər həmin müəllimlər ali məktəbləri yeni bitiriblərsə o zaman ali təhslinin keyfiyyətinin də monitorinq edilməsinə ciddi ehtiyac yarana bilər.

Qeyd edək ki, Milli Məclisdə qəbul edilən dəyişikliklərə əsasən sertifikasiyada iştirak müddəti pedoqoji fəaliyyətə başladıqdan ilk 5 ildən 3 ilə endirilir və bu da yeni universitet məzunlarının aldıqları təhsilinin keyfiyyətini qiymətləndirməyə də imkan verə bilər".

Vüqar Bayramov qeyd edib ki, bütövlükdə, sertifikasiya imtahanları yalnız orta deyil, eləcə də ali təhsildə islahatların dərinləşdirilməsi mesajlarını aydın şəkildə gündəmə gətirdi.
"Deməli, çağrışlar heç də orta təhsil sferası ilə tamamlanmır", deyə millət vəkili qeyd edib.

Xalidə Gəray
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR