İnsanlara hürriyət, millətlərə istiqlal!

3 metrlik timsah sahildə it gəzdirən yaşlı qadını parçalayıb

ABŞ-ın Cənubi Karolina ştatının Hilton Həd adasındakı Spanish Wells Golf Club yaxınlığında laqunun kənarında 69 yaşlı qadın vəhşi timsah tərəfindən parçalanıb.

Musavat.om xarici mediaya istinadla xəbər verir ki, qadın iti ilə sahildə gəzdirərkən timsah suda müəyyən sürətlə, amma gözə dəymədən sahili yaxınlaşıb, qəfil sıçrayışla ona hücum edib. 

Qadını xilas etmək üçün aparılan xilasetmə səylərinə baxmayaraq, timsah yenidən ortaya çıxıb və qadını qapayaraq, onun xilas edilməsinə mane olub.

timsah-2.JPG (45 KB)

Hadisədən sonra adamyeyən timsah təhlükəsiz şəkildə ərazidən çıxarılaraq evtanaziya edilib. Qadının cəsədi üzərində tibbi ekspertiza təyin edilib.

Bu, 2022-ci ilin avqustunda 88 yaşlı qadının öldürülməsindən sonra eyni əyalətdə bir ilin içində baş verən ikinci ölümcül timsah hücumu olub.

Alligatorların hücumları son illərdə ABŞ-da, xüsusən Florida və Cənubi Karolinada artıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR