Onlayn ictimai-siyasi qəzet
Qərbi Azərbaycanın Keşişkənd rayonunda (Yeqeqnadzor) döyülən və üç ildən artıq komada olan polkovnik-leytenant Ara Mxitaryan Muratsan Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə polkovnik-leytenantın qardaşı Karen Mxitaryan Ermənistan mediasına müsahibəsində bildirib.
Dediyinə görə, qardaşının vəziyyəti müəyyən qədər stabilləşib, lakin o, reanimasiyada qalmağa davam edəcək. Bir ay əvvəl hərbçinin vəziyyəti kəskin pisləşdiyindən o, Muratsan Tibb Mərkəzinə yerləşdirilib.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin polkovnik-leytenantı Ara Mxitaryan 2019-cu ilin sentyabrında döyülüb. Yaxınlarının dediyinə görə, polkovnik-leytenantın zorakılığa məruz qalması prosesində bölgənin qubernatoru Trdat Sarkisyan da birbaşa iştirak edib, qalmaqaldan sonra istefa verdiyini açıqlayıb. Keçmiş qubernatora qarşı hələlik ittiham irəli sürülməyib.
Məhkəmə Harutyun Qriqoryanı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilib və 5 il müddətinə azadlıqdan məhrum edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ