İnsanlara hürriyət, millətlərə istiqlal!

28 il sonra günahsız olduğu üzə çıxdı - Fotolar

ABŞ-da adam öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilən şəxsin 28 ildən sonra günahsız olduğu sübuta yetirilib.

Musavat.com xəbər verir ki, 50 yaşlı Lamar Consonun cinayəti törətmədiyinə dair etibarlı dəlillər tapıldığı bildirilib.

Hakim hökmü ləğv edib və keçmiş məhkum sərbəst buraxılıb. Consonun vəkilləri onun günahsız olduğuna dair sübutların olduğunu, lakin qaradərili olduğu üçün sübutlara məhəl qoyulmadığını söyləyiblər.

Qeyd edək ki, Lamar Conson 1994-cü ildə iki maskalı şəxs tərəfindən Markus Boydu güllələyərək öldürülməsi işinə görə mühakimə olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR