İnsanlara hürriyət, millətlərə istiqlal!

27 Sentyabr - Anım Günü - Şanlı Qələbənin xatirələri - RAUF ARİFOĞLU İLƏ CANLI MÜZAKİRƏ

“Real TV”nin canlı efirində baş redaktor Səbinə Ağayevanın təqdimatında yayımlanan xüsusi verilişdə 27 Sentyabr – Anım Günü ilə bağlı xatirələr və önəmli məqamlar dərinliklə bölüşülüb.

Musavat.com xəbər verir ki, proqramın qonağı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu olub.

R.Arifoğlu, 27 Sentyabrın Azərbaycanın müstəqilliyi və torpaq bütövlüyü üçün önəmini vurğulayaraq, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq hekayələrini tamaşaçılarla bölüşüb. Eyni zamanda, media nümayəndəsi olaraq cəmiyyətin tarixi hadisələrə yanaşması və bu günün əhəmiyyəti barədə fikirlərini təqdim edib.

Verilişdə həmçinin Anım Gününün gənc nəsillərə ötürülməsi, onların Vətən sevgisi ruhunda böyüməsi və tariximizi unutmaması məsələləri müzakirə olunub. 

Sözügedən verilişi təqdim edirik:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR