İnsanlara hürriyət, millətlərə istiqlal!

23 yaşlı sürücü ağır qəza törətdi, anası öldü

Saatlı rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb.

2000-ci il təvəllüdlü Emil Astanov sürücülük vəsiqəsi olmadan və sərxoş halda idarə etdiyi “VAZ- 21063” markalı avtomobili yol kənarındakı binaya çırpıb. Nəticədə sürücünün anası, 1959-cu il təvəllüdlü Aybəniz Astanova ağır xəsarətlər alıb. O, Bakıda Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR