İnsanlara hürriyət, millətlərə istiqlal!

22 yaşlı dəstə başçısının lüks həyatı gündəmdə - Milyon dollarlıq soyğunçuluq

Türkiyənin bir çox vilayətində vətəndaşların telefonlarına müxtəlif məzmunlu linklər göndərən xaker dəstəsi üzvləri linklərə klikləmiş şəxslərdən əldə etdikləri məlumatlarla 14200 nəfəri aldadıblar.

Musavat.com xəbər verir ki, Konya mərkəzli 5 vilayətdə həyata keçirilən əməliyyatda aralarında 22 yaşlı şəbəkə başçısı da daxil olmaqla 10 nəfər həbs edilib.

RR kod adlı dəstə başçısının Türkiyədə ilk 10 qeyri-qanuni xaker arasında olduğu və əldə etdiyi cinayət elementindən milyonlarla lirə ilə dəbdəbəli həyat sürdüyü müəyyən edilib.

RR kod adlı 22 yaşlı Ramazan Ç. basqın zamanı cinayət başında yaxalanıb. Eyni zamanda keçirilən əməliyyatlar zamanı dəstə üzvü olan 14 şübhəli şəxslər də saxlanılıb. Dəstə başçısının ələ keçirildiyi ünvanda axtarış aparan qruplar 49 mobil telefon, 52 debet/kredit kartı, 25 sim kart, 12 noutbuk, 6 hard disk, 1 kompüter seyfi, 1 planşet, 1 kamera, 1 polad seyf tapıblar. Eyni zamanda yeni növ şəxsiyyət və sürücülük vəsiqəsi və başqa şəxslərin adına verilmiş təşkilat sənədi, 6 min ABŞ dolları, 19 min lirə pul, 155 avro, 200 Danimarka kronu, 47 ədəd narkotik həb, 1,9 qram heroin, 3 ədəd qılınc tipli kəsici alət və 1 ədəd saxta pasport ələ keçirilib.

Musavat.com

Milyonluk vurgun! 22 yaşındaki çete liderinin lüks yaşantısı dikkat çekti

Milyonluk vurgun! 22 yaşındaki çete liderinin lüks yaşantısı dikkat çekti

Milyonluk vurgun! 22 yaşındaki çete liderinin lüks yaşantısı dikkat çekti

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR