İnsanlara hürriyət, millətlərə istiqlal!

208 ölkədə 13,5 milyon koronavirus xəstəsi var

Sentyabrın 21-nə olan beynəlxalq statistikaya görə, 208 ölkə və ərazidə 13 milyon 509,7 min koronavirus xəstəsi var. Yaxın ölkələr üzrə göstəricilərə nəzər salan Novator.az bildirir ki, Rusiyada 670998, Gürcüstanda 108013, İranda 78224, Estoniyada 73024, Moldovada 71003 nəfər müalicə altındadır.

Ukraynada 37712, Türkiyədə 27044, Latviyada 20384, Litvada 19780, Qazaxıstanda 12781, Qırğızıstanda 6601, Ermənistanda 4706, Belarusda 1327, Özbəkistanda 949, Tacikistanda 397 aktiv xəstənin qeydə alındığı vurğulanır.

2019-cu ilin dekabrında üzə çıxıb 230 ölkə, ərazi və məkana yayılan yeni koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib. Milli hesabata əsasən, ölkədə 819847 nəfər koronavirusa yoluxub, onların 9893-ü vəfat edib, 1592-si aktiv xəstədir, qalanları müalicə olunaraq sağalıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR