İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü ilin büdcəsində neftin qiyməti 50 dollardan götürülüb

Parlamentin iclasında çıxış edən komitə sədri Tahir Mirkişili bildirdi ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində aparılan müzakirələr, tərəfimizdən aparlmış təhlillər və Hesablama Palatasının təqdim etdiyi rəy bizə Dövlət Büdcəsi layihəsinə rəy vermək üçün lazımi imkanlar yaradıb.

Məhz bu imkanlardan çıxış edərək, T.Mirkişili dövlət büdcəsi layihəsinə komitənin rəyini təqdim etdi: “İlk öncə qeyd edim ki, layihəyə makro-iqtisadi rəy vermək üçün 2023-cü il üçün ölkəmiz qarşısında duran çağırışlar, bu çağırışlara cavab vermək üçün mövcud olan imkanlar, imkanların çağırışlara cavab verməsi üçün hökumətin plan və proqnozları, bütün bu alətlərin Dövlət Büdcəsində qanun və qaydaların tələb etdiyi formada əks etdirilməsi məsələləri bizim diqqət mərkəzimizdə olub. 2023-cü ildə qarşımızda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, ölkə iqtisadiyyatına reinteqrasiya olunması və Böyük Qayıdışın təmin olunması, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının” reallaşması kimi makro-fiskal çağırışlar yaranacaqdır.

Eyni zamanda, Regional və qlobal siyasi gərginlik, Qlobal miqyasda tənəzzül və böhran meylləri, İnflyasiya təzyiqləri və ərzaq böhranı, Əsas ticarət tərəfdaşı olan ölkələrdə milli valyutaların dəyərsizləşməsi kimi daxil və xarici mühit çağırışları ilə də üz-üzəyik. Eyni zamanda, 2023-cü ildə iqtisadi artımın davam etməsi, qeyri-neft sektorun inkişafı, iqtisadiyyatda şəffaflığın artması, enerji məhsullarının ixracının və çoğrafiyasının genişlənməsi, nəqliyyat koridorlarının intensivləşməsi növbəti il üçün bizə yeni imkanlar vəd edir. Belə ki, təqdim edilmiş layihədə 2023-cü ildə Ümumi Daxili Məhsulun real artım tempinin 2.7%, qeyri-neft-qaz Ümumi Daxili Məhsulun real artım tempinin isə 4.5% olacağı, artımın əsasən qeyri-neft sektoru hesabına təmina olnuacağı, Qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsulda payının 70%-ə, orta aylıq əmək haqqının 898 manata çatacağı, orta illik inflyasiyanın 6.9% olacağı, vergi tədiyyə balansının cari əməliyyatlar hesabının və xarici ticarət balansının profisitlə olacağı proqnozlaşdırılıb. Növbəti ildə dövlət büdcəsinə hesablanmayan vergi və gömrük rüsumları üzrə azadolmaların həcmi 7.8 milyard manatı keçəcək. Xatırladım ki, bu dövlət büdcəsinin qeyri-nefet gəlirlərinin təqribən yarısına bərabərdir”.

Komitə sədri bildirdi ki, Dövlət və İcmal Büdcənin gəlir və xərclərinin hesablanmasında neftin 1 barelin qiyməti 50 ABŞ dollarına bərabər götürülüb: “Bu makro-iqtisadi göstəricilərin bəziləri konservativ və ehtiyatlı yanaşma ilə hazırlansa da, baş verə biləcək hadisələrə adekvat cavablara hazır ola bilmək baxımından onları məqbul hesab edirik. Sadaladığım bu imkanlar büdcə gəlirlərində də öz əksini tapıb. Belə ki, təqdim edilmiş layihədə 2023-cü il üçün Dövlət büdcəsinin gəlirləri 2022-ci ilin dövlət büdcəsi gəlirlərindən 1 milyard 522.9 milyon manat çox olaraq 30 milyard 720.7 milyon manat nəzərdə tutulumuşdur. Artımın təqribən yarısı qeyri-neft-qaz sektorunun, yarısı isə neft-qaz sektorunun payına düşür. Vergi və gömrük orqanlarının vastitəsilə təmin olunan gəlirlərin 1 milyard 807 milyon manat artıq planlaşdırılmasını məqbul hesab edir, buna ölkədə gedən biznes mühitinin şəffaflaşması, dövlət-sahibkar arasında etimad mühitinin artması, həmçinin, inflyasiyanın və idxalın artmasının zəmin yaradacağını da qeyd edirik. Eyni zamanda, bu ilin Büdcə gəlirlərinin 10 aylıq icra göstəriciləri 2023-cü ilin büdcə gəlirlərinin planlaşdırıldığından daha çox olacağını deməyə əsas verir. Qeyd edim ki, neft sektorun dövlət büdcəsi gəlirlərinin artmasının əsas səbəbi Şahdəniz yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisinin təxminən 700 milyon manat çox, yəni 2.875 mlrd man planlaşdırılması olub. Ümumiyyətlə, ölkəmizin qaz ixracının həcm və coğrafiya olaraq genişlənməsi, bundan dövət büdcəsinin, demək həm də, vətəndaşların faydalanması Azərbaycan Prezidentinin geo-iqtisadi siyasətinin bəhrəsinin bariz nümunəsidir”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR