İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü ildə dünyada bu hadisələr baş verəcək - Medvedevdən DƏHŞƏTLİ PROQNOZ

Rusiyanın keçmiş baş naziri və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabında diqqətçəkən paylaşım edib.

Musavat.com xəbər verir ki, o, 2023-cü illə bağlı proqnozlarını açıqlayıb.

Medvedevin proqnozlar siyahısında ABŞ-ı gözləyən “vətəndaş müharibəsi”, Avropa İttifaqının dağılması, Texas və Meksikanın ittifaqı kimi diqqətçəkən məqamlar var.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini proqnozlarına hazırda Rusiya ilə gərginliyin artdığı Avropa qitəsindən başlayıb və Böyük Britaniyanın Aİ-yə yenidən qoşulacağını, lakin Böyük Britaniyanın qayıdışı ilə ittifaqın dağılacağını yazıb.

63aaac0ac03c0e2d880c0cb4.jpg (37 KB)

Onun sözlərinə görə, Çexiya və Slovakiya kimi bölgələri əhatə edən “Dördüncü Reyx” (yeni Alman imperiyası) qurulacaq və Fransa ilə “Dördüncü Reyx” arasında müharibə başlayacaq. Bu müharibənin sonunda olan Polşaya olacaq və bu ölkə müharibə tərəfləri arasında bölünəcək.

Medvedev ABŞ-ı da dağıdıcı proqnozlarından məhrum etməyib və yeni ildə ölkədə vətəndaş müharibəsinin başlayacağını bildirib. Rusiyalı siyasətçinin ehtimallarına görə, Kaliforniya və Texas müstəqilliklərini elan edəcək, Texas ilə Meksika müttəfiq olacaq. Vətəndaş müharibəsinin sonunda səhnəyə İlon Mask çıxacaq. Respublikaçılara qoşulan Mask bəzi ştatlarda prezident seçkilərində qalib gələcək.

63aaaca2c03c0e2d880c0cba.jpg (73 KB)

2023-cü il üçün iqtisadi proqnozlar da verən Medvedevin sözlərinə görə, neftin qiyməti bir barel üçün 150 dollara qalxacaq, təbii qazın qiyməti isə pik həddə çatacaq.

Yeni ilə qədər avro və dolların qlobal ehtiyat valyutası olmaqdan çıxacağını iddia edən keçmiş baş nazir bunun əvəzinə rəqəmsal valyutaların istifadə ediləcəyini, qiymətli kağızlar bazarı və maliyyə fəaliyyətlərinin ABŞ və Avropanı tərk edərək, Asiyaya keçəcəyini proqnozlaşdırıb.

Medvedev, həmçinin Bretton Woods monetar idarəetmə sisteminin çökəcəyini, bunun BVF və Dünya Bankının məhvinə gətirib çıxaracağını bildirib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR